Xəzər Xəbər

Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayır VİDEO

Veb TV | 19:58 • 5 İyul 2019
Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayır

Bugündən tələbələrin ölkə daxilində və xaricdə yerləsən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbuluna başlanılır. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiklərini müəyyən edə bilərlər. Meyarlardan biri tələbənin topladığı baldır

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, köçürülərkən tələbələrin ixtisas qrupları da nəzərə alınır.

Köçürülmə prosesi tələbənin hansı əsaslarla təhsil almasına təsir göstərir.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Xəbər lenti