Xəzər Xəbər

Amerika Kuboku: Çilidən daha bir qələbə - VİDEO

Veb TV | 16:53 • 22 İyun 2019
Amerika Kuboku:

Amerika Kubokunda II turun oyunları davam edir.


Ötən axşam C qrupunda turun son oyunu keçirilib. Ekvadorla Çilinin qarşılaşmasında 3 qol vurulub və ikincilər 2:1 hesablı qələbə qazanıb.


Çilinin qollarına isə Joze Fuenzalida və Aleksis Sançes imza atıb. Ekvadorun təsəlli qolunu iisə Enner Valensiya vurub. Bu komandadan Qabriel Axilyer son dəqiqədə qırmızı vərəqə alıb.


Qeyd edək ki, Çili iki turdan sonra 6 xalla qrup lideridi, Ekvador 0 xalla sonuncu pilləni tutur. İkinci pillədəki Uruqvayın 4, üçüncü yeri tutan Yaponiyanın 1 xalı var.



Xəbər lenti