Xəzər Xəbər

34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb - VİDEO

Veb TV | 20:25 • 10 İyun 2019
34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb -

Vergilər Nazirliyi vergi sistemində şəffaflığın təmin edilməsi, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirləri davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, araşdırmalar zamanı bir sıra vergi əməkdaşı tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar edilmiş faktları toplayaraq hüquqi qiymət verilməsi üçün Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib.

Bu barədə Vergilər Nazirliyinin daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev məlumat verib.

O bildirib ki, Vergilər Nazirliyi öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir.

Xezerxeber.az Cavanşir Nuriyevin mövzu ilə bağlı açıqlamasını təqdim edir:


Xəbər lenti