Xəzər Xəbər

Bakıda kriminal avtoritet öldürülüb - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:29 • 8 İyun 2019
Bakıda kriminal avtoritet öldürülüb -

Bakıda tıxacda dayanmış avtomobilə silahlı basqın olub.

Xezerxeber.az-ın məlumatına görə, kriminal avtoritet elə avtomobildəcə iki güllə yarasından ölüb. Ağır cinayət ötən gün paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Naməlum şəxs 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid ''Mercedes'' markalı avtomobilə atəş açıb. Mübariz Budaqlı güllə yarasından həyatını itirib.

Dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib araşdırmalara başlayıblar. Şahid ifadələri alınarkən polis müəyyən edib ki, qətlə yetirilən Mübariz Budaqlının avtomobildə yanında başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi silahlı atışma barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi ''Mercedes'' markalı avtomobili təqib edib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.

Taleh Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş ''İJ-16'' markalı tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qqeyd edək ki, Mübariz Budaqlı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti