Xəzər Xəbər

Zibil qutuları GPS sistemi ilə təchiz ediləcək - VİDEO

Veb TV | 19:28 • 3 May 2019
Zibil qutuları GPS sistemi ilə təchiz ediləcək -

Bakıda artıq dolub-daşan zibil qablarına rast gəlinməyəcək. Çünkü zibil konteynerləri GPS sistemi ilə təchiz ediləcək. Bəs bu sistemin hansi üstünlükləri var?

Ümumiyyətlə, tullantıların idarə olunması istiqamətində hansi işlər görülür?

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitinq Mərkəzi yaradılıb. Qarışıq tullantı texnikalar vasitəsi ilə əvvəlcə mərkəzə gətirilir, daha sonra həmin tullantılar təkrar emal və ya yandırılması üçün çeşidlənir.

Bu mərkəz Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası çərçivəsində tikilib. İlkin olaraq pilot layihə kimi Nərimanovda tikilən mərzkəzdə tullantılar çeşidləndikdən sonra təkrar emala göndərilir.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda tullantıların idarə olunması sahəsində yeni texnologiyaların tətbiqi üçün Böyük Britaniyanın tullantılar sahəsində ixtisaslaşmış şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd məişət tullantılarının çeşidləmə növlərinin tədbiqidir.

Bu işlər çərçivəsində Bakıdakı zibil yeşiklərinə GPS-lər quraşdırılacaq. Paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti