Xəzər Xəbər

Bakıda apteki belə yardılar - VİDEO

Veb TV | 19:46 • 18 Aprel 2019
Bakıda apteki belə yardılar -

Bakıda damı kəsərək aptekə oğurluğa girən şəxslər seyfdən külli miqdarda pul oğurlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin görüntüləri paytaxtın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində apteklərdən birinin təhlükəsizlik kamerasına düşüb. Hadisə ilə bağlı Nərimanov rayon 16-cı polis bölməsinə məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirinə başlanıb. Çox çəkməyib ki, qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi - Əli İsmayılov və Çingiz Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Əli İsmayılov Çingiz Xankişiyevi həmyerlisi Amil Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü Amil Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfi qıraraq içindəki 60 min manata yaxın pulu ələ keçirib.

Qeyd edək ki, Amil Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra Amil Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Çingiz Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.

Qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polis tərəfindən aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti