Xəzər Xəbər

Pambıq əkini başladı - Sahələrdə qızğın iş gedir - VİDEO

Veb TV | 18:44 • 10 Aprel 2019
Pambıq əkini başladı -

Sabirabadda pambıq səpininə başlanılıb. Sahələrdə qızğın iş gedir..

Yay fəslində şumlanmış sahələr arat olunaraq əkinə hazır vəziyyətə gətirilib. Fermerlər daha çox məhsul əldə etmək üçün torpağa qulluğun vacibliyini vurğulayırlar. Təsərrüfatçılar yaxın 10 gündə pambıq səpinini yekunlaşdırmağı planlaşdırırlar.

Uzun illərdir pambıq əkən Sabirabadın Zəngənə kənd sakini Əfraz Əskərov deyir ki, ötən il 130 hektar sahədə pambıq əkib və bu il bu rəqəmi 135 hektara çatdırıb.

Bundan əlavə, fermer onu da qeyd edir ki, son illər pambıqçılığa dövlət dəstəyinin güclənməsi və hər tona verilən subsidiyaların artırılması fermerlərin bu sahəyə marağını artırıb.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il sahələrdən 17 min 287 ton ağ qızıl tədarük edilib. Əkilən yeni sortlara görə məhsuldarlığın artacağı gözlənilir.

Xəbər lenti