Xəzər Xəbər

Almaniya Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib - VİDEO

Veb TV | 09:31 • 25 Mart 2019
Almaniya Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib -

Almaniya millisi Avro-2020 seçmə mərhələsində Niderland millisinə qalib gəlib. Trend-in məlumatına görə, hesab 3:2 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb.

Oyunda hesabı 15-ci dəqiqədə Sane açıb. 34-cü dəqiqədə Qnabri almanların üstünlüyünü artırıb. 48-ci dəqiqədə de Liqt hesab arasında fərqi minimuma endirib. 63-cü dəqiqədə Depay ev sahibi komandasının azarkeşlərini sevindirib və hesabı bərabərləşdirib.

90-cı dəqiqədə isə Şults Almaniyaya qələbə qazandıran qolun müəllifi olub.

Beləliklə, Almaniya ilk oyununda 3 xal qazanır.

Xəbər lenti