Xəzər Xəbər

Dövlət Miqrasiya Xidmətinin rəisi iddialara münasibət bildirdi - VİDEO

Veb TV | 18:36 • 18 Mart 2019
Dövlət Miqrasiya Xidmətinin rəisi iddialara münasibət bildirdi -

Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşamaq icazəsi üçün əcnəbilərdən 100 min manat tələb etməsi məsələsinə münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, Xidmətin rəisi Vüsal Hüseynov bildirib ki, xidmətin əcnəbilərdən 100 min manat pul tələb etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar yanlışdır. Onun sözlərinə görə, ölkədə viza müddətindən artıq yaşamaq üçün qanunla müəyyən edilmiş əsaslar var.

Xidmət rəisi bildirib ki, həmin məbləğin xidmətə ödənilməsindən söhbət belə gedə bilməz.

Vüsal Hüseynov həmçinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin iş icazəsinin alınması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, əcnəbilər üçün müvafiq iş icazəsinin alınması tam şəffaf qaydada həyata keçirilir və bu sistem elektronlaşdırılıb.

Vüsal Hüseynov vurğulayıb ki, bu istiqamətdə mütəmadi olaraq iş adamları ilə də görüşlər keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti