Xəzər Xəbər

Üzeyir bu hərəkətləri ilə BÜTÜN ABŞ-ı HEYRAN ETDİ - VİDEO

Veb TV | 15:11 • 8 Yanvar 2019
Üzeyir bu hərəkətləri ilə
Hal-hazırda ABŞ-ın Las-Veqasşəhərində yaşayan azərbaycanlı sirk ustasıÜzeyir Novruzov amerikalıları bir daha heyran edib.

NBC telekanalında nümayiş olunan "America's Got Talent: The Champions" teleşousunda çıxış edib.

Səhnəyə çıxan 42 yaşlı soydaşımız nümayiş etdirdiyi nömrələrlə münsiflər heyəti ilə yanaşı, milyonlarla tamaşaçını şoka salıb.


Xatırladaq ki, ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir.

Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Xəbər lenti