UFC döyüşçüsü Polyana Viana kartondan hazırladığı silahla onu soymağa çalışan şəxsi döyərək tanınmaz hala salıb.
Ancaq soymağa çalışdığı şəxsin məşhur döyüşçü olduğunu bilməyən oğlan ölümcül hala salınıb. Cinayətkarı döyən Viana isə hadisə yerində polisin gəlməyini gözləyib.
Polislərə təhvil verilən şəxs polis bölməsindən öncə müayinə məqsədi ilə xəstəxanaya aparılıb.