Xəzər Xəbər

Şabranda dəhşətli qətl: 6 nəfər 25 yaşlı gənci nar çubuğu ilə döyüb öldürdülər - VİDEO

Veb TV | 20:25 • 12 Noyabr 2018
Şabranda dəhşətli qətl:

Şabran rayonunda 6 nəfər bir şəxsi 40 dəqiqə döyərək öldürüb. Onlar 25 yaşlı gənci bədənindən güya "cin çıxarmaq" üçün döyüblər. İşin üstü açılandan sonra polis həmin 6 nəfəri saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Saxlanılan Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov ilkin təhqiqat zamanı törətdikləri əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə Murad Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən "cin çıxarmaq" adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətləri yetirdikləri, məhz bundan sonra dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti