Xəzər Xəbər

Azərbaycan Konstitusiyasının qəbulundan 23 il ötür - VİDEO

Veb TV | 19:47 • 12 Noyabr 2018
Azərbaycan Konstitusiyasının qəbulundan 23 il ötür -

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə xaos, hərc-mərclik, qeyri-müəyyənlik yaşanırdı. Belə olan halda ölkədə qayda-qanun yaratmaq, hüquqi baza formalaşdırmaq çox vacib idi. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyev milli Konstitusiyanın hazırlanması və qəbulu üçün əməli işə başladı...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat verən, cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi, şəxsiyyətin toxunulmazlığına əsaslanması, humanizm prinsiplərinə söykənməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə referendumla əlavə və dəyişikliklər edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti