Xəzər Xəbər

Azərbaycanda sürüşmə zonalarında aktivlik var - VİDEO

Veb TV | 20:46 • 16 Oktyabr 2018
Azərbaycanda sürüşmə zonalarında aktivlik var -

Ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik var.

Xezerxeber.az-ın məlumatına görə, Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, son günlər yağan intensiv yağışlar ölkə ərazisinidəki sürüşmə zonalarını aktivləşdirib. Hazırda Badamdardan başqa paytaxat və ətraf ərazilərdə əsas aktiv sürüşmə zonaları Abşeronda yerləşir.

Ölkə ərazisində isə ən aktiv zona Şamaxı-İsmayıllıda yerləşir. Bölgə tektonik cəhətdən müərəkkəbdir və süxurlar tezdoyma qabiliyyətinə malik olduğundan burada sürüşmələr tez-tez baş verir.

Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliyi, Bakı-Ağsu yolunun 136-cı kilometrliyi və Lənkəran-Lerik yolunun 27-ci və 47-ci kilometrliklərində də uçqun tipli sürüşmə prosesləri gedir.

Əziz Qaralov deyib ki, sürüşmənin baş verməsinin 80 faizi insanların təbiətə müdaxiləsi nəticəsində baş veir. 20 faiz isə yağıntılar səbəbindən yaranır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bildirib ki, ölkədə sürüşmə yaradacaq dərəcədə güclü zəlzələ olmur. Lakin bəzi təkanlar aktiv sürüşmə zonalarındakı prosesi sürətləndirə bilir. Bu da az hallarda baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti