Xəzər Xəbər

Cəlilabadda QƏTL: Həyat yoldaşını qonşusuna qısqanan ər onu ürəyindən bıçaqladı VİDEO

Veb TV | 20:51 • 8 Oktyabr 2018
Cəlilabadda QƏTL: Həyat yoldaşını qonşusuna qısqanan ər onu ürəyindən bıçaqladı

Cəlilabad rayonunda 2 qətl hadisəsi baş verib. Privolnoye kəndində kişi qonşusunu bıçaqlayaraq öldürüb. Hadisənin səbəbləri araşdırılır. Digər qətl hadisəsi isə Qarazəncir kəndində baş verib. Bakıda isə kişi keçmiş həyat yoldaşını qısqanclıq zəmnində bıçaqlayaraq öldürüb.

3 uşaq atası qətlə yetirilib. Hadisə bu gün Cəlilabad rayonununPrivolnoye kəndində baş verib.

Uzun müddət kənddə olmayanGulbala Quliyevqonşusu CeyhunNovruzovuqətlə yetirib. Qonşuların bildirdiyinəgörə, Gülbaladünən axşam saatlarında kəndə gəlib. Qonşusu Ceyhununevinə gedərək ondan qapını açmağa kəlbətin istəyib. Sonrakömək məqsədi ilə Ceyhunu evinəçağıranGülbala içəridəonaiki bıçaq zərbəsi vuraraq qətlə ytirib.

Sonra GülbalaQuliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Rayonda daha bir qətl hadisəsi Qarazəncir kəndində baş verib.24 yaşlı Ramil Manafov dayısı, 57 yaşlı Mehman Cəfərovunevinə gedib. Dayısımehman bacıs oğlunun onlara gəldiyinəetiraz edərk ,onun ünvanınakəskin ifadələr işlədib. Onların arasında yaranmış mübahisəsondaRamilindayısını bıçaqlamasıilə nəticələnib.

Mehman Cəfərovyaxınları tərfindən Cəlilabad rayon mərkəzi xəstəxanasınaçatdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb.Qətli törədən Ramil Manafov hadisə yerindən qaçsadaaxtarış tədbirləri nəticəsində saxlanılıb.Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Bakıda isə kişi keçmiş həyat yoldaşını qətlə yetirib. Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı Xosrov Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Əfsanə Məmmədovanı bıçaqlayıb. Yaralı qadın elə hadisə yerindəcə ölüb. Xosrov Məmmədov isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. İlkin ifadəsində o, cinayəti qısqanclıq zəmnində törətdiyini deyib.

Xəbər lenti