Xəzər Xəbər

Yasamal qəbirstanlığı tullantılarla dolub-daşır VİDEO

Veb TV | 20:53 • 8 Oktyabr 2018
Yasamal qəbirstanlığı tullantılarla dolub-daşır

Yasamal qəbirstanlığı tullantılarla dolub-daşır. Tullantılara istər qəbirstanlıqdan keçən əsas yolda, istərsə də, qəbirlərin arasında rast gəlinir. Bəs bu zibilləri kimlər atır və onu kimlər daşımalıdır?

Plastik su şüşələri. İstifadə edilmiş sement kisələri. Və topa-topa yığılaraq günlərlə qalan digər tullantılar.

Bura Paytaxtın mərkəzinə ən yaxın yerləşən Yasamal qəbirstanlığıdır. Qəbirstanlıq baxımsızlıqdan tullantılar məskəninə çevirilib.

Çəkiliş apardığımız zaman məlum oldu ki, bu tullantıların əksəri elə qəbirləri təmir edənlər vəziyarətə gələnlər tərəfindən atılır. Qəbirlər qurulan zaman istifadə edilən torpaq, qum, daşlar və digər materialların artığı elə orayaatılır. Bu isə xoş olmayan görüntü yaradır.

Yasamal qəbirstanlığının müdiri Elçin Soltanov bildirdi ki, onlar burdakı yolun təmizliyinə cavabdehdilər. Gündəlik olaraq həmin hissələr təmizlənir. O ki, qaldı qəbirlərin arasına yığılan tullantıların təmizlənməsinə, Elçin Soltanov deyir ki, həmin zibilləri qəbir sahibləri özləri təmizlətməlidir.

Qeyd edək ki, bu yaxınlarda milli məclisdə ''Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliy''ə dəyişiklik və əlavələrin edilməsi müzakirə edilib. Təklif edilir ki, qəbristanliqlarda dəfn zamanı sanitar gigiyena normalarını pozan fiziki şəxslərin 20-50 manat, vəzifəli şəxslərin isə 500-1000 manat cərimələnməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklər Milli Məclisin plenar iclasının gündəliyinə salınıb.

Xəbər lenti

Çox oxunanlar