Xəzər Xəbər

Yaşlı kişi evini əsl zibilxanaya çevirib - Üfunətdən yaşayış binasına girmək olmur - VİDEO

Veb TV | 20:54 • 27 Sentyabr 2018
Yaşlı kişi evini əsl zibilxanaya çevirib -

Paytaxtın Nizami rayonunda sakinlərdən biri evini sözün əsl mənasında zibilxanaya çevirib. Üfunətdən mənzilə yaxınlaşmaq mümkün deyil. Qonşuların aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həll olunmayıb. Vətəndaş isə deyilənlərlə razılaşmır. O, binadan gələn iyəsiçovulların səbəb olduğunu deyir.

Üfunətdən yaşayış binasına girmək olmur.

Nizami rayonu Naxçıvanski 205 ünvanında yaşayan sakinlər evini zibilliyə çevirən qonşunun əziyyətini çəkirlər.

Qonşular deyirlər ki, 3-cü mərtəbədə yaşayan sakin evini sözün əsl mənasında zibilliyə çevirib, zibil yeşiklərində əlinə nə keçirsə evə daşıyır.

Sözügedən mənzilə baş çəkib deyilənlərin döğru olub-olmadığını yoxlamaq istədik. Mənzil sahibi adını deməsə də, bizi inandırmağa çalışdı ki, binadakı üfunətin onunla əlaqəsi yoxdur. Evə isə kəskin qoxudan girmək mümkün deyil.

Paltar və qalaq-qalaq yığılmış zibildən gələn iydən evin içində nəfəs almaq mümkün deyil.

Məsələylə bağlı 26 saylı mənzil istismar sahəsindən bildirdilər ki, problemdən xəbərləri var.

Sahənin sədri Natiq Məmmədov onu da bildirdi ki, sakinlər problemin kökündən həll edilməsi üçün akt əsasında məhkəməyə müraciət etməlidirlər.

Xəbər lenti