Xəzər Xəbər

Başqasına kömək etmək istədi, həyatını itirdi - VİDEO

Veb TV | 19:55 • 26 Sentyabr 2018
Başqasına kömək etmək istədi, həyatını itirdi -

Yolda qalmış sürücüyə kömək etmək istədi, baş verən qəzada dünyasını dəyişdi.

Xezerxeber.az-ın məlumatına görə, hadisəsi Saatlı rayonunda baş verib. Rayonun Çolpu kənd sakini Təbriz Bayramov avtomobili ilə Sarıcalar kəndi ərazisində gedərkən maşını nasazlanmış digər sürücüyə kömək etmək istəyib. Bu zaman sürətlə gedən başqa maşın idarəetmədən çıxıb və yol kənarında olan nasazlanmış avtomobilə çırpılıb. Təmir işi aparan Təbriz Bayramov maşın ilə birlikdə su kanalına düşüb və hadisə yerindəcə keçinib. Qəza törədən İlqar Rəşidov və digər sürücü Mübariz Alxanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bərdədəki qəza da ölümlə nəticələnib. Hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürətlə gedən avtomobil idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilin 49 yaşlı sürücü Azər Həzili hadisə yerində ölüb.

Hər iki Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti