Xəzər Xəbər

Evlənmə verilişində biabırçı hadisə — Gəlin namizədləri bir-birlərinə aşiq oldular - VİDEO

Veb TV | 15:50 • 25 Sentyabr 2018
Evlənmə verilişində biabırçı hadisə

Vyetnamda yayımlanan evləndirmə verilişində şok hadisə baş verib.

Gəlin namizədləri bir-birlərinə aşiq olublar.

Verilişdə həftənin final seriyasında gəlin namizədlərindən iki nəfər bir-birlərinə aşiq olduqlarını açıqlayaraq verilişi tərk ediblər.

Minh Thu müsabiqədə heç bir bəy namizədini bəyənmədiyini açıqladıqdan sonra göz yaşları içində başqa gəlin namizədi Truc Nhunu qucaqlayıb. O, Trucu çox sevdiyini deyib. Minh ona "Mənimlə evə gəl” deyib. Qız canlı yayımda eşq elan edib. Bu hadisədən sonra digər gəlin namizədi də göz yaşlarına hakim ola bilməyib.

Truc bəyəndiyi bəy namizədinin yanına gedib və gülü ona geri qaytarıb. İki gəlin namizədi studiyanı tərk ediblər. Hadisə sosial şəbəkədə geniş reaksiyalara səbəb olub.

Ölkə.Az


Xəbər lenti

Çox oxunanlar