Xəzər Xəbər

Təyyarədə qorxulu anlar 30 nəfərin burnundan qan gəldi - VİDEO

Veb TV | 15:49 • 20 Sentyabr 2018
Təyyarədə qorxulu anlar

Hindistanın Jet Airways aviakompaniyasına məxsus Boeing 737laynerinin göyərtəsində təzyiqin düşməsi nəticəsində azı 30 sərnişin xəsarət alıb.

Bu barədə IndiaToday xəbər yayıb.

Məlum olub ki, Mumbaidən Caypura səfər edərkən heyət üzvləri təzyiqi daim tarazlıqda saxlayan ötürücünü qoşmağı unudublar. Nəticədə sərnişinlər güclü baş ağrılarından, burunlarından və qulaqlarından qan açılmasından şikayət etməyə başlayırlar.

Heyət dərhal fövqəladə eniş barədə qərar alır. Layner Mumbaiyə qayıdır, zərərçəkənlərə tibbi yardım göstərilir. Onlardan 5-im isə xəstəxanaya yerləşdirilir./faktxəbər

Xəbər lenti