Xəzər Xəbər

Havaların isti keçməsi çay plantasiyalarına zərər vurur - VİDEO

Veb TV | 20:05 • 2 Avqust 2018
Havaların isti keçməsi çay plantasiyalarına zərər vurur -

Havaların isti keçməsi çay plantasiyalarına zərər vurur.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran və Astara fermerləri bildirirlər ki, isti hava şəraiti çay sahələrinin yanmasına səbəb olur. Çay kolları belə istidə inkişafdan qalır. Havaların isti keçməsi məhsuldarlığa da təsir edib.

Fermerlər deyirlər ki, çay sahələrini tez-tez sulamaqla zərəri azaltmaq olar, lakin istilər səbəbindən Xanbulançayda da su azalıb.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsindən bildirilib ki, anbarın həcmi 52 milyon kubmetr. Lakin bu il payız-qış mövsümündə yağıntıların az olması səbəbindən cəmi 19 milyon kubmetr su ehtiyatı yığa biliblər. Hazırda isə anbarda 6,8 milyon kubmetr su var. Gələcəkdə quraqlıq baş verən zaman bu kimi problemlər yaranmasın deyə təkliflər planı hazırlanıb.

Layihə aidiyyəti qurumlara təqdim edilib və gələn yaya kimi tam icra ediliməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti