Xəzər Xəbər

Bakıda ağacları niyə doğrayırlar? - VİDEO

Veb TV | 19:28 • 20 İyul 2018
Bakıda ağacları niyə doğrayırlar? -

Bakı şəhərinin bütün rayonlarında qurumuş və təhlükə yaradan ağacların kəsilərək daşınmasına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində yerləşən Zorge parkının həm içərisində, həm də parkın yolun kənarına olan hissəsində təhlükəli vəziyyətdə olan ağaclar kəsilib. Məqsəd parkadan və yolda istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

Binəqədi rayonu Atatürk prospektində də yolun kənarında və həmin ərazidə yerləşən dayanacağın üzərində qəzalı vəziyyətdə olan ağaclar kəsilib.

Bütün işləri isə Bakı şəhər Yaşıllaşdırma Təsərrüaftı Birliyinin əməkdaşları həyata keçirirlər.

Birliyin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, qurumun 20 əməkdaşı və texnikaları bu işlərə cəlb olunub.

Qurum rəsmisi həmçinin onu da bildirib ki, əsas küçə və prospektlərdə işlər yekunlaşandan sonra, Bakının kənd və qəsəbələrində də təhlükəli ağaclar kəsilərək götürüləcək. Buna görə də, həyətlərdə və yollarda qəzalı vəziyyətdə olan ağac gördükdə vətəndaşlar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin qaynar xəttinə- 012-570-73-30 nömrəsinə zəng vura bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti