Xəzər Xəbər

Azərbaycan üçün Brüssel səfəri uğurlu keçib VİDEO

Veb TV | 20:56 • 15 İyul 2018
Azərbaycan üçün Brüssel səfəri uğurlu keçib

''Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş olundu, Əfqanıstanda təhlükəsizlik qüvvələrinın formalaşmasında və bir sıra yardımlarına görə Azərbaycana təşəkkür edildi. Azərbaycandan fərqli olaraq Ermənistan isə eyni platformada dilənçi kimi iştirak etdi''. Millət vəkili Rasim Musabəyov Prezident İlham Əliyevin Brüssel səfəri, keçirdiyi mühüm görüşlər, imzalanmış sənədlər və əldə edilən nailiyyətlər barədə "Xəzər Xəbər”ə şərh etdi.

Bürüsüldə keçirilən NATO zirvə toplantısı Azərbaycan üçün uğurla yekunlaşıb. Beləki ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən bir daha rəsmi olaraq dəstəklənib və ölkəmizlə Avropa İttifaqı ölkələri arasında bir sıra sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə şərait yaranıb.

Həm NATO sammitində həmdə Avropa İttifaqı rəsmiləri ilə görüşdə Azərbaycana və onun Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirilib. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq edib.

Bunun əksinə isə Avropaya heç nə vermək iqtidarında olmayan Ermənistan isə toplantıda ''dilənçi''qismində iştirak edib. Nə işğalçı iddialarına dəstək aldı, nə də Avropa İttifaqında istədiyi təxminən 100 milyona yaxın yardımı aldı. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əli boş qayıtdı.

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.

Xəbər lenti