Xəzər Xəbər

Qəzanı, digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi? VİDEO

Veb TV | 20:53 • 15 İyul 2018
Qəzanı, digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi?

Qəza baş verir və onlarla sürücü avtomobili saxlayaraq hadisəni lentə almağa başlayırlar. Artıq bu kimi hallara tez-tez rast gəlinir. Bu da bəzən təcili yardım avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. Bir sıra ölkələrdə artıq polis bunun qarşısını almaq üçün hərəkətə keçib. Əbu-Dabi polisi qəzaya tamaşa edən sürücüləri 273 dollar məbləğində cərimə edəcək. Bəs Azərbaycanda necə? Bu cərimə mexanizmi tətbiq edilə bilərmi?

Qəzaya düşən avtomobilin ətrafında xeyli insan toplaşıb.

Mobil telefonu olan hər kəs qəzanı lentə alır.

Xüsusən son dövrlər avtonəqliyyat hadisəsi baş verərkən bu kimi mənzərələrə tez-tez rast gəlinir. Qəza baş verir və anında yoldan keçən avtomobildən düşənlər qəzanı lentə almağa başlayırlar. Bu da bəzi hallarda həmin yolda böyük tıxaca səbəb olmaqla yanaşı və təcili yardım avtomobillərinin hadisə yerinə tez çatmasına da maneə olur.

Bunu etiraf edən sürücülər də var. Artıq bu kimi halın yaşanmaması üçün bir sıra ölkələrdə qanun sərtləşdirilir. Əbu-Dabi polisi də yol qəzalarına tamaşa etməyi xoşlayan sürücülər üçün yeni cərimə tətbiq edib. Bundan sonra, nəqliyyat axınını ləngidən sürücülər polis tərəfindən müəyyən edilərək 1000 dirhəm yəni, 273 ABŞ dolları məbləğində cərimə ödəməli olacaqlar.

Sürücülərin bəziləri belə mexanizmin azərbaycanda da tətbiqini məqsədə uyğun hesab edirlər. Onların fikirincə belə cərimənin tətbiq edilməsi xoşagəlməz halları azalda bilər.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, belə cərimə mexanizminin ölkəmizdə tətbiqi hələki real görünmür. Çünkü bunun üçün yollarda xeyli sayda texniki qurğuların quraşdırılmasına ehtiyac var.

Xəbər lenti