Xəzər Xəbər

XXI dünya çempionatının bürünc mükafatçısı məlum oldu - VİDEO

Veb TV | 09:59 • 15 İyul 2018
XXI dünya çempionatının bürünc mükafatçısı məlum oldu - VİDEO

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları qarşılaşdı.

Matç belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 4-cü dəqiqədə Tomas Munier açıb: 1-0. Matçın 82-ci dəqiqəsində isə Belçika millisininin ikinci qolunu ingilislərin qapısından komandanın əsas silahı Eden Hazard keçirib: 2-0.

Beləliklə, çempionatdan əvvəl turnirin gizli favoritlərindən sayılan Belçika Rusiyadan bürünc medallarla qayıdacaq.

Xəbər lenti