Xəzər Xəbər

İtkin düşən məktəbli tapıldı - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 20:39 • 25 May 2018
İtkin düşən məktəbli tapıldı -

Şabran rayonunda evdən qaçaraq itkin düşən uşaq bu gün geri qayıdıb.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzən şəhər ümumi orta internat məktəbinin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Röyal Rüfət oğlu Ələkbərov dərsə getməyərərk internet klubda vaxt keçirdiyi üçün anası və babası tərəfindən danlanmış və döyülmüşdü. Bundan sonra o, babasının cibindən 50 manat pul götürərək evdən gedib.

Uşağın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Röyalın tapılmasında hadisənin ictimailəşdirilməsi də mühüm rol oynayıb. Evdən qaçaraq Sumqayıta gedən Röyal burada kafelərin birində işə düzəlib. Obyekt sahibi işə götürdükləri oğlanın axtarışda olduğunu xəbər saytlarından bilib və onu dərhal evlərinə göndərib.

Uşağın babası deyir ki, nəvəsinin psixologiyasına kompüter oyunları təsir edib. Məktəbli oyunlara o qədər aludə olub ki, internet klublarda nisyə oynamağa başlayıb.

Qeyd edək ki, 9 il əvvəl atasını itirən Röyal Ələkbərov ailənin yeganə övladıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti