Xəzər Xəbər

Oğlunu 20 il 1 metr yüksəklikdəki qəfəsə həbs etdi - VİDEO

Veb TV | 16:17 • 9 Aprel 2018
Oğlunu 20 il 1 metr yüksəklikdəki

Yaponiyada Yoshitane Yamasaki adlı 73 yaşındakı adam zehni əlil olduğu üçün oğlunu Sanda şəhərindəki evinin yanında bir daxmada 1 metr hündürlüyündə və 2 metr uzunluğundakı ağac qəfəsdə 20 ildən çox həbs etdiyi üçün saxlanılıb.

Yamasakinin xanımına ölmədən əvvəl nəzarət edən tibb bacısı bir yerlinin yanvar ayında vəziyyəti nümayəndələrə bildirməsindən sonra hərəkətə keçən polis məsələ ilə bağlı araşdırma başladığını bildirib.

Nəzarətə alınan Yamasakinin nümayəndələrə xəstəliyi səbəbindən zorakılığa əl atdığı iddiası, təxminən 16 yaşından bu yana tutduğu oğluna hər gün yemək verdiyi və davamlı şəkildə hamama getməsinə icazə verdiyini söylədiyi qeyd edilib. Yaşlı adamın indi 42 yaşında olan oğlunun onurğasının əyilməsindən başqa sağlamlıq vəziyyətinin yaxşı olduğu və rəsmilər tərəfindən sosial yardım müəssisəsinə göndərildiyi açıqlanıb.


Metbuat.az

Xəbər lenti