Xəzər Xəbər

Kurqanlar, məbədlər, qəbir üstü abidələr, qədim əmək alətləri və əşyalar VİDEO

Veb TV | 20:49 • 24 Mart 2018
Kurqanlar, məbədlər, qəbir üstü abidələr, qədim əmək alətləri və əşyalar

Ağdam rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamaı dağıntılara məruz qalıb, tamami ilə məhv edilən tarix diyarşünaslıq muzeyi yenidən bərpa edilir. Yeni fəaliyyətə başlayan muzey qısa zaman müddətində tarix-diyarşünaslıq muzeyinin eksponatlarını özündə cəmləşdirib

Kurqanlar, məbədlər, qəbir üstü abidələr, qədim əmək alətləri və əşyalar. Bütün bunlar 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilirdi.

2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib.Muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir.

Yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən yenidən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrini ilə müzey zənginləşdirilir.

Yeni yaradılan muzey rayon sakinlərinin, xüsusəndə məktəblilərin və ərazidəki "N" saylı hərbi hissənin əsgər və zabitlərinin ən çox ziyarət etdikləri məkanlardandır. Burada nümayiş olunan müxtəlif tarixi dövrlərə aid silahlar, sikkə və pul nümunələri, dulusçuluq məmulatları, məişət əşyaları ziyarətçilərin böyük marağına səbəb olur.


Xəbər lenti