Xəzər Xəbər

Sahibkarlar üçün yeni imkan: Lisenziyaların alınması sadələşdirilib - VİDEO

Veb TV | 20:50 • 14 Mart 2018
Sahibkarlar üçün yeni imkan:

Sahibkarlığın inkişafı üçün görülən tədbirlər davam edir. Sahibkarlıq fəaliyyətinə lisenziya əldə etmək üçün portal istifadəyə verilib. Portala daxil olmaqla elektron müraciət etmək və lizenziya almaq mümkün olacaq.

Sahibkarlıq fəaliyyəti üçün lisenziya almaq daha da asanlaşdı. İstifadəyə verilən lisenziya və icazələr portalı vasitəsilə lisenziyanı ilk dəfə olaraq elektron qaydada əldə etmək mümkündür.

Əvvəllər sahibkarlar lisenziya əldə etmək üçün müxtəlif sənədləri təqdim etmək üçün xeyli vaxt itirirdilər. Amma indi bunu internet vasitəsilə, heç bir yerə getmədən əldə etmək mümkün olacaq. Bununla da məmurlarla təmas minimuma enəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov görülən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi daşıdığın deyib. Onun sözlərinə görə lisenziya tələb edilən sahələrin sayı azaldılıb və bununla bağlı birpəncərə sistemi tətbiq edilir.

Lisenziyalar və icazələr sahəsində bundan sonra da yeniliklərin tətbiqi gözlənilir.


Xəbər lenti

Çox oxunanlar