Xəzər Xəbər

Bakı Ekspo 2025-ə ev sahibliyi edə bilər - VİDEO

Veb TV | 20:41 • 12 Dekabr 2017
Bakı Ekspo 2025-ə ev sahibliyi edə bilər -

Bakı şəhəri Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi üçün əsas namizədlərdən biridir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın bu mötəbər tədbirə hazılıqları ilə ətraflı tanış olan Beynəlxalq Sərgilər Bürosununu baş katibinin müavini Dimitri Kerkentzes təssüratlarını media mənsubları ilə bölüşüb.

Qonaq Azərbaycanın Ümumdünya Ekspo 2025 Sərgisi üçün yeni və çox maraqlı bir məkan olduğunu bildirib. Onun fikrincə, bu müabrizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiyanın arasında, Böyük İpək yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə Ekspo ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.

Dimitri Kerkentzes media nümayəndələri ilə görüşdən sonra Ekspo 2025 Bakı kitabına ürək sözlərini yazıb. Qeyd edək ki, Ekspo 2025 üçün seçilən ərazi yüksək nöqtədən Azərbaycanın Dövlət gerbi olan səkkizguşəli ulduz şəklində görünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti