Xəzər Xəbər

İran da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula bilər - Həsən Ruhani Azərbaycana səfər edəcək - VİDEO

Veb TV | 20:43 • 12 Dekabr 2017
İran da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula bilər -

İran prezidenti Həsən Ruhaninin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, İran prezidenti Həsən Ruhani səfər çərçivəsində Azərbaycan-İran birgə avtomobil zavodunun açılışında da iştirak edə bilər.

Səfir həmçinin İranın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula biləcəyini də deyib. Onun sözlərinə görə, hazırda bu məsələ İran rəhbərliyinin gündəmindədir və yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək.

Səfir, Qüds məsələsinə də münasibət bildirib. O, deyib ki, İran Qüds məsələsinə həssas yanaşır və regionda sülhün təmin olunmasının tərəfdarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024