Xəzər Xəbər

YUNESKO dolmanı Azərbaycan yeməyi kimi təsdiqlədi

Veb TV | 20:53 • 6 Dekabr 2017
YUNESKO dolmanı Azərbaycan yeməyi kimi təsdiqlədi

Azərbaycan dolması Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının müzakirəsi aparılıb. ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifariş üçün müzakirələr aparılıb.Həmin sessiyada Azərbaycanın milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb.

Bununla da son zamanlar Ermənistanın dolmanı özününküləşdirmə istəyi və öz saxta milli mətbəxinin tərkib hissəsi kimi təqdim etməsi cəhdləri boşa çıxıb. Azərbaycan bununla bağlı lazmıi sübutları UNESCO-ya təqdim edib.

Qeyd edək ki, Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən nümunələr dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz.

Xəbər lenti