Xəzər Xəbər

XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq - VİDEO

Veb TV | 20:55 • 6 Dekabr 2017
XƏBƏRDARLIQ:

Ölkə ərazisində dekabrn 7-si və 8-i hava şəraiti kəskin şəkildə dəyişəcək. Paytaxtda sulu qar və bəzi rayonlarda isə qarın yağacağı gözlənilir.

Sabahdan etibarən hava kəskin dəyişəcək. Ölkənin bəzi yerlərinə intensiv olaraq sulu qar və qar yağacaq

Dekabrın 7-də Bakı və Abşeron yarımadasında yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 9-da isə hava şəraitinin sabitləşəcəyi və gün ərzidə əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti