Xəzər Xəbər

Pirşağıda çirkab suların təmizlənməsi üçün qurğu inşa edilir VİDEO

Veb TV | 20:47 • 23 Noyabr 2017
Pirşağıda çirkab suların təmizlənməsi üçün qurğu inşa edilir

Pirşağı qəsəbəsində çirkab sularının təmizlənməsi üçün qurğu inşa edilir. İşlər başa çatdıqdan sonra Bakı ətrafındakı qəsəbələrin tullantı sulları təmizləndikdən sonra xəzər dənizinə axıdılacaq. Artıq işlərin 20 faizi icra edilib.

Bakı ətrafındakı 11 qəsəbənin çirkab suları təmizləndikdən sonra Xəzər dənizinə axıdılacaq.

Bu məqsədlə Pirşağı qəsəbəsində Çirkab Sutəmizləyici Qurğusu tikilir. Layihə üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.

Ərazidə su anbarı, dezodorasiya qurğusu, qaraj və transformator binasının təməlaltı hazırlıq işləri həyata keçirilib. Biofosfor çənləri üzrə qəliblərin quraşdırılması yekunlaşıb və artıq betonlama işləri aparılır.

Qurğuda əsasən Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların bir hissəsi tikinti meydançasına gətirilib. Təmizlənib-zərərsizləşdirilən su ekoloji standartların tələblərinə uyğun şəkildə dənizə axıdılacaq.

Qurğunun inşaasının 2018-ci ildə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti