Xəzər Xəbər

Hansı dənli bitkilərə gömrük rüsumu tətbiq olunmayacaq? VİDEO

Veb TV | 20:54 • 23 Noyabr 2017
Hansı dənli bitkilərə gömrük rüsumu tətbiq olunmayacaq?

Azərbaycana idxal edilən dənli bitkilərə tətbiq edilən gömrük rüsumları 3 dəfə azaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən bəzi məhsullar üzrə gömrük rüsumları ümumiyyətlə ləğv edilib, bəzi məhsullara görə isə aşağı endirilib. Bu dəyişikliyin dənli məhsulların qiymətinədə təsir edəcəyidə istisna edilmir.

Gələn il yanvarın 1-dən etibarən ölkəyə gətirilən qabığı soyulmamayış düyüyə, çovdara, arpaya, qarğıdalıya görə gömrük güzəştləri ediləcək.

Beləki Nazirlər Kabinetinin qərarına əsasən ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmayacaq. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. Halbuki bu rüsum indi 15 % dir.

Bundan başqa ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumuda ləğv edilib. İqtisadçıların fikrinə görə bu addımın bir sıra üstünlükləri var.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə dəyişiklik bu sahəyə marağın çoxalması və məhsuldarlığın artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda ölkəyə toxumluq və istehlak məqsədi ilə gətirilən buğda gömrük idxal rüsumundan azaddır.

Xəbər lenti