Xəzər Xəbər

Yeniləşən və müasirləşən Sumqayıt 68 yaşında VİDEO

Veb TV | 20:48 • 22 Noyabr 2017
Yeniləşən və müasirləşən Sumqayıt 68 yaşında

68 il bundan öncə qəsəbə kimi salınan Sumqayıt zamanla inkişaf edərək mühüm sənaye mərkəzinə çevrilib. Sumqayıt əhalisinin sayına görə Azərbaycanda ikinci, sahəsinə görə isə Bakı və Gəncədən sonra üçüncü böyük şəhərdir.

68-il bundan öncə şəhərin ilk təməli belə atıldı. Sumqayıt formalaşmağa başladı. Günü-gündən inkişaf edərək hazırki mərhəyə gəlib çatıb.

Əvvəllər buraya gənclər şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı. Bu şəhərdə yaşayan və ömrünü bu şəhərlə bağlayan Əməkdar Mühəndis Təbrik Quliyev o günləri belə xatırlayır.

Sumqayıtın təməl daşları qoyuldu. Boz çöllər cana gəldi. Zavodlar, fabriklər tikildi, evlər sıralandı.İstilik Elektrik Stansiyası yanında qəsəbə olaraq salınan yaşayış məntəqəsi qısa müddət ərzində böyüyüb inkişaf edərək böyük sənaye mərkəzinə çevrildi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi.

Burada 83 xalqın nümayəndəsi birgə yaşayıb. Bəs şəhərin ahılları üçün Sumqayıt deyəndə nə yada düşür.

Hazırda isə Sumqayıtın inkişafı və daha da gözəlləşməsi üçün yeni layihələr həyata keçirilir.

Xəbər lenti