Xəzər Xəbər

Azərbaycanda gömrük rüsumları dəyişəcək - Yerli mallar ucuzlaşacaq - VİDEO

Veb TV | 20:57 • 22 Noyabr 2017
Azərbaycanda gömrük rüsumları dəyişəcək -

Gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Ölkəmizdə gətirilən xammala görə rüsumlar azaldılacaq, hazır məhsulların gətirilməsinə görə olan rüsumlar isə artırılacaq. Bu dəyişikliyin yerli istehsalın artmasına və qiymətlərə təsir göstərəcəyi gözlənilir.

Yerli məhsullar ucuzlaşacaq, xaricdən gələn məhsullarının isə qiymətində nisbətən artım olacaq. Bunu növbət ildən tətbiq ediləcək yeni idxal və ixrac gömrük rüsumlarına əsasən demək mümkdür.

Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Əsas məqsəd isə ölkədə rəqabətə davamlı məhsulların istehsalını artırmaq, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsindən ibarətdir.

Yəniliyin xüsusən geyim və qida sənayesinə təsir edəcəyi, yerli malların ucuzlaşacağı gözlənilir.

Yaxın günlərdə Gömrük Komitəsi tərəfindən müxtəlif məhsullara görə tətbiq ediləcək yeni rüsumların məbləğinin açıqlanacağı gözlənilir.


Xəbər lenti