Xəzər Xəbər

Piyadalar özlərini təhlükəyə atırlar VİDEO

Veb TV | 20:50 • 22 Noyabr 2017
Piyadalar özlərini təhlükəyə atırlar

Paytaxtda 20 yanvar dairəsi kimi adlanan ərazidə piyadalar həyatlarını açıq-aydın təhlükəyə atırlar. Aidiyyatı qurum tərəfindən həmin yolun kənarına təhlükəsizlik məqsədilə məhəccərlər quraşdırılsa da, bəzi piyadalar yolun hərəkət hissəsi ilə gedib ya məhəccərin üzərindən tullanır, ya da ki altından keçib yollarına davam edirlər. Nəticədə həm özləri, həm də yolda olan avtomobil sürücüləri üçün qaçınılmaz qəza şəraiti yaradırlar.

Yolun kənarına təhlükəsizlik məqsədilə dəmir məhəccərlər quraşdırılıb. Ancaq piyadalardan bəzisi məhəcərin üzərindən tullanır, bəzisi də altından keçirək yolun hərəkət hissəsinə çıxır.

Görüntülər metronun 20 yanvar stansiyasının yaxınlığında yerlşən dairədəndir. Bu ərazidə piyadaların təhlükəsizliyinin təmin etmək üçün yola dəmir məhəccərlər quraşdırlıb. Bununla yanaşı ərazidə yeraltı piyada keçidi də var. Ancaq əksər piyadalar özlərini təhlikəyə ataraq yolun hərəkət hissəsi ilə gedirlər.

Məsələn bu piyada avtomobillərin sıx hərəkət etdiyi yol ilə gələrək dəmir məhccərin üzərindən tullanıb metroya daxil olur. Digər bir piyada isə dəmir məhəccərin qırılmış yerindən keçib yoluna davam edir.

Piyadalara yaxınlaşıb bunun səbəbini soruşduqda isə onlar gedəcəkləri ünvana tələsdikləri üçün belə etdiklərini bildirdilər.

Yaxınlıqda xidmət aparan yol polisləri bildirdilər ki, təhlükəsiz şəhər kamerasının olduğu dirək məhəccərə bitşik olduğu və dairəni yaxşı görüntüləmədiyi üçün onun yeri dəyişdirilib. Elə buna görədə həmin dəmir məhəccərin alt hissəsində olan dəmir hissələr çıxarılıb. Tezliklə dəmir məhəccər bərpa ediləcək və piyadaların buradan keçməməsi üçün ciddi nəzarət olulacaq.

Xəbər lenti