Xəzər Xəbər

500 milyardlıq “Xəyalpərəstlər şəhəri”nin VİDEOGÖRÜNTÜSÜ təqdim edildi

Veb TV | 14:16 • 22 Noyabr 2017
500 milyardlıq “Xəyalpərəstlər şəhəri”nin

Səudiyyə Ərəbistanının 500 milyard dollara ərsəyə gətirəcəyi "NEOM” şəhərinin 3D videogörüntüsü təqdim edilib.

Görüntülərdə şəhərin sakinlərinə təqdim edəcəyi yaşayış tərzi və özfəaliyyət imkanları yer alıb.

"Xəyalpərəstlər şəhəri” adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq.

Şəhərin adı ingilis dilindəki "new” (yeni) və ərəb dilindəki "gələcək” sözünün ilk hərflərindən götürülüb.

Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək. Şəhərin enerjisi sadəcə külək və günəşdən alınacaq.

NEOM, həmçinin, robot sayının insan sayından çox olduğu ilk şəhər olacaq./publika.az


Xəbər lenti