Xəzər Xəbər

Əsgər görüşünə gələn ailə qəzaya düşüb - ölən və yaralananlar var - VİDEO

Veb TV | 20:32 • 13 Noyabr 2017
Əsgər görüşünə gələn ailə qəzaya düşüb -

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini Nizami Əhmədov idarə etdiyi minik avtomobilini maneəyə çırpıb və nəticədə maşında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunaraq yanğını söndürüblər. Qəza nəticəsində avtomobilin sərnişini, Ağstafa rayon sakini 55 yaşlı Bəhruz Salahov hadisə yerində ölüb. Sürücü Nizami Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri Südabə Hacıyeva və Gülüstan Əhmədova Beyləqan mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Gülüstan Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti