Xəzər Xəbər

Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb - VİDEO

Veb TV | 20:33 • 13 Noyabr 2017
Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb -

Şəkidə 80 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Küdürlü kəndində, dağlıq ərazidə baş verib. Şəxsi təsərrüfatlarına məxsus qoyunları otarmağa gedən Zakir Şabanovu oğlu nahara göndərmək məqsədilə otlağa getdikdə atasının hərəkətsiz qan icində olduğunu görüb. Atası oğluna yıxıldığını deyib dərhal qohumlarına zəng edərək onu evə gətiriblər. Tibbi yardım edilməsinə baxmayaraq Zakir Şabanov evə gətirildikdən bir qədər sonra aldığıır xəsarətlərdən ölüb. Yaxınları onun qoyun otararkən ehtiyatsızlıqdan dərəyə yuvarlandığını deyirlər.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar