Xəzər Xəbər

"Tənha canavar"ın sevgilisi ABŞ-a aparıldı VİDEO

Veb TV | 14:22 • 4 Oktyabr 2017
"Tənha canavar"ın sevgilisi ABŞ-a aparıldı

Bazar ertəsi ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində insanları atəşə tutaraq ölkə tarixində ən qanlı, genişmiqyaslı gülləbaranıgerçəkləşdirmiş 64 yaşlı Stiven Peddokun sevgilisi Meril Denli Filippinin paytaxtı Maniladan ABŞ-a yollanıb.

62 yaşlı M.Denlini ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları müşayiətedirdilər.

Poker tutqunu olan milyonçu S.Peddok sürəkli olaraq Las-Veqasdakı kazinolarda qumar oynayırdı. "Mandalay Bay" otelindəki nömrədən insanları atəşə tutmazdan 3 gün əvvəlsə o, kazinoda 160 min dollar uduzmuşdu.

Eyni zamanda, onun M.Denlinin Filippinin paytaxtı Maniladakı banklardan birindəki hesaba 100 min dollar köçürdüyü də aşkarlanıb.

M.Denli ABŞ-ı oktyabrın 3-də tərk edərək Manilayayollanmışdı.

ABŞ mediasının "tənha canavar" adlandırdığı S.Peddok 2015-ci ildə Nevada ştatındakı Meskit şəhərində 400 min dollara aldığı evdə M.Denli ilə yaşayırdı.

"Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddokun silahlarını 20 il ərzində topladığı da müəyyənləşib.

Polis əməkdaşları nömrənin qapısını sındıraraq içəri gürənədək S.Peddok intihar edib./milli.az

Xəbər lenti