Xəzər Xəbər

"Kaspi" Təhsil Şirkətinin Beynəlxalq Uşaq Bağçasının açılışı olub - VİDEO

Veb TV | 19:32 • 20 Sentyabr 2017
"Kaspi" Təhsil Şirkətinin Beynəlxalq Uşaq Bağçasının açılışı olub -

"Kaspi" Təhsil Şirkətinin yeni məhsulu olan Beynəlxalq Uşaq Bağçasının açılışı olub.

Xezerxeber.az-ın məlumatına görə, yeni tədris ilindən fəaliyyətə başlayan "Kaspi" bağçası övladlarının erkən yaşlarından ingilis dilində təhsil almalarını istəyən valideynlər üçün əsl fürsətdir. Çünki artıq "Kaspi" Beynəlxalq Uşaq Bağçası dünya brendi olan İnternational Preschool Curriculumun (Beynəlxalq Məktəbəqədər Kurikulum) rəsmi nümayəndəsidir və burada bütün dərslər ingilis və rus dillərində tədris olunur.

Valideynlər övladlarınızı "Kaspi"nin yeni tədris ilindən fəaliyyətə başlayan beynəlxalq uşaq bağçasına və buranın peşəkar müəllimlərinə əminliklə etibar edə bilər. Burada uşaqlara sağlam, təhlükəsiz və əlverişli öyrənmə mühiti təklif edilir.

"Kaspi" Beynəlxalq Uşaq Bağçası dünyada 120-dən çox nümayəndəliyi olan Beynəlxalq Məktəbəqədər Kurikulum sisteminin rəsmi nümayəndəsidir. Bu isə məktəbəqədər uşaqlarin beynəlxalq təhsili istiqamətində "Kaspi" Təhsil Şirkətinin növbəti uğulu addımıdır. Elə valideynlər də məhz bu səbəbdən "Kaspi"ni seçirlər.

Burda müəllimlər hər bir uşağın özünəməxsus olduğunu bilir və onlara tədris zamanı fərdi yanaşmanı peşəkarcasına tətbiq edirlər. Həmçinin "Kaspi" Beynəlxalq Uşaq Bağçasında fəaliyyət göstərən müəllimlər beynəlxalq məktəbəqədər kurikulum sisteminin tədris kolleci tərəfindən mütəmadi şəkildə təlimlər alır və müvafiq təcrübələr keçirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti