Xəzər Xəbər

Lənkəranda ağır qəza - Ölən və yaralananlar var - VİDEO

Veb TV | 20:42 • 12 Sentyabr 2017
Lənkəranda ağır qəza -

Ələt-Astara magistral yolunda Lənkəran rayonu ərazisində 1-nəfərin ölümü, 2-nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Gəncədə isə avtomobil piyadanı vuraraq öldürüb.

İki avtomobil toqquşdu . Sürücülərdən biri hadisə yerində öldü.

Yol qəzası gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəranın Gərmətük kəndi ərazisindən keçən hissəsində baş verib. Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi avtomobillə qarşı tərəfdən gələn həmkəndlisi Zaur Rzayevin idarə etdiyi avtomobil toqquşub. Toqquşma zamanı sürücü Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobildə sərnişin olan qızı Rumiyyə Əliyeva eləcə də digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gəncədə isə avtomobil piyadanı vuraraq öldürüb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Avtomobil 69 yaşlı şəhər sakini Cəlal Zeynalovu vurub. Xəsarət alan şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyətİ ağır olan yaralının həyatını xilas etmək mümkün olmayıb.


Xəbər lenti

Çox oxunanlar