Xəzər Xəbər

ŞOK: Yetimxananın yanında kütləvi uşaq məzarlığı tapıldı - VİDEO

Veb TV | 13:26 • 12 Sentyabr 2017
ŞOK:

Şotlandiyada qəbirstanlıqların birində katolik monarxların idarə etdiyi uşaq evinin sakinlərinin kütləvi məzarlığı aşkarlanıb. Ümumilikdə qəbirdə 400-dən artıquşaq dəfn olunub. Bu barədə Metro xəbər yayıb.

Uşaqlar Lanark şəhərində Müqəddəs Meri qəbirstanlığında adsız qəbirdə dəfn olunublar.

Ehtimal olunur ki, onların hamısı bu şəhərdə 1864-cü ildən 1981-ci ilə kimi işləyən «Smallem park» Uşaq evinin sakinləri olub. Ümumilikdə müəssisədən 10 min uşaq keçib.

«Bu qədər uşağın adsız qəbirlərdə basdırıldığını öyrənmək çox qorxuncdur. Bu qədər illər susqunluqdan sonra, burda əslində nə baş verdiyini öyrənməliyik», Şotlandiyanın sabiq birinci naziri Cek Makkonel bildirib.

Ölənlərin 1/3-i 5 yaşa qədər olan uşaqlar olub.

Uşaqlar üzərində mütəmadi zorakılıq şübhəsi ilə əlaqədar hökumət müəssisəyə qarşı istintaqa başlayıb. /faktxəbər


Xəbər lenti