Xəzər Xəbər

DÇ-2018-in matçı yenidən oynanılacaq — HAKİM SƏHVİ + VİDEO

Veb TV | 13:39 • 7 Sentyabr 2017
DÇ-2018-in matçı yenidən oynanılacaq

Beynəlxalq Futbol Federasiyası (FİFA) DÇ-2108-in təsnifat mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası və Seneqal yığmaları arasındakı oyunun yenidən keçirilməsinə dair qərar qəbul edib.

Bu barədə təşkilatın rəsmi saytında məlumat verilir.

Görüş 12 noyabr 2016-cı il tarixdə keçirilib və CAR-ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cənubi afrikalılar matçda ilk qolu penalti zərbəsində vurublar.

Bu səhv qərara görə qanalı Cozef Lemptinin hakimlik fəaliyyətinə ömürlük xitam verilib./oxu.az


Xəbər lenti