Lənkəranda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 1-i azyaşlı olmaqla 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb.
Məlumata
görə, iribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət seriyalı
nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin
sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək
qarşıdan gələn, Astara
rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi
90-LE-868 dövlət seriya nişanlı, "Mercedes" markalı avtomobilin yoluna
çıxıb. Nəticədə avtomobillər toqquşub.
Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat
vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində
ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu,
1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik
qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə,
Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar
Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha
bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə
yerləşdirilib.