Xəzər Xəbər

Ağdaşda qanlı hadisə – Bələdiyyə sədrinin oğlu öldürüldü - VİDEO

Veb TV | 20:54 • 16 Avqust 2017
Ağdaşda qanlı hadisə –

Ağdaşda 22 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanada dünyasını dəyişib. Gədəbəydə isə 14 yaşlı yeniyetmə qətlə yetirilib.

Həmkəndlisi 22 yaşlı gənci bıçaqlayaraq qətlə yetirib.

Hadisə Ağdaşın Qəribli kəndində baş verib. Kənd sakini, 37 yaşlı Cabir Savxanovla həmkəndlisi, 22 yaşlı Sahib Həsənov arasında mübahisə yaranıb. Mübahisə zamanı Cabir Sahibi bıçaqlayıb. Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib. Məlumata görə, hadisə gecə saatlarında toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir. Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirilən Sahib Həsənovun Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğlu olduğu bildirilir.

Gədəbəydə isə 14 yaşlı yeniyetmə parkda bıçaqlanaraq qətlə yetirilib. Ötən gün şəhər ərazisindəki parkda naməlum şəxs rayon sakini, 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Turay Şabanovu münaqişə zəminində qətlə yetirən yeniyetmə saxlanılıb.


Xəbər lenti