Xəzər Xəbər

Köhnə peşəsinə qayıtmaq cəhdi uğursuz alındı - narkotiklə tutuldu - VİDEO

Veb TV | 19:29 • 1 İyun 2017
Köhnə peşəsinə qayıtmaq cəhdi uğursuz alındı - narkotiklə tutuldu -

Aylardır istixanalarda çalışıb gündəlik ehtiyacını ödəyən şəxsin sonradan köhnə peşəsinə qayıtmaq cəhdi uğursuz alınıb.

Xezerxeber.az məlumat verir ki, Gəncə sakini 35 yaşlı Akif Abdullayev bir neçə ay öncə Şəmkirdə çalışdığı təsərrüfatın yaxınlığından əldə etdiyi marixuananı özü ilə daşıyıraq Gəncə şəhərində gizli yerə aparmaq istəyib. Ancaq o, Gəncə Dəmir Yolu Xətt Polisi Şöbəsi əməkdaşları tərəfindən üzərində 2 kq-dan artıq marixuana ilə tutulub.

Saxlanılan şəxs uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkdiyini və narkotik vasitəni şəxsi istifadəsi üçün daşıdğını deyib.

Saatlı rayon polis şöbəsinin əməkdaşları isə 45 yaşlı Faiq Rzayevin yaşadığı cavanşir küçəsində yerləşən həyətyanı sahədə narkotik tərkibli çətənə kolları aşkarlayıblar. Həmin həyətdə yerləşən yarımtikilidə 61 ədəd, kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə götürülüb. Onun yaşadığı evə baxış keçirilərkən kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana aşkar olunub.

Ağstafanın Poylu kəndində də çətənə kolları aşkarlanıb. Rayon polisinin apardığı əməliyyat nəticəsində 50 tona yaxın yabanı halda bitmiş kollar aşkar edilərək yandırılıb. Çətənə əsasən əkin sahələrinin yaxınlığından toplanılıb.Yabanı bitginin təmizlənməsi prosesinin davam edəcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar