Xəzər Xəbər

Türkiyədə ən böyük mafiya başçısı tutuldu - "Necə tapdınız məni?" - VİDEO

Veb TV | 14:14 • 19 May 2017
Türkiyədə ən böyük mafiya başçısı tutuldu -

Türkiyədəson 25 ilə ərzindəbir çox cinayət hadisəsində iştirak edib, 2005-ci ildə Sarallar çetesiyle girdiyi qarşıdurmada onlarla insanın edam əmrlərini verməkdətəqsirləndirilənSedat Şahinhaqda maraqlı detallat üzə çıxıb.

Dünən Beykozda bir bağevində cəbhəxanası ilə birlikdə ələ keçən mütəşəkkil cinayət şəbəkəsinin lideri Sedat Şahinin rəqib cinayətkar dəstə -Sarallara qarşı törətdiyi növbəti əməlindənsonra Bolqarıstan vasitəsi ilə Macarıstana qaçmağı planlaşdırdığı ortaya çıxıb.

MühafizəçisiXalis Kocamanın adına olduğu təsbit edilən bağ evindəuşağı və həyat yoldaşı iləŞahinin bir vida görüşü üçün ünvana gəldiyi ortaya çıxıb.

İLK SÖZÜ "HƏR ŞEY BİTDİ" OLDU

Tutulan mafiya lideri Sedat Şahinihəyat yoldaşı sayəsində tutmaq mümkün olub. Bir çox mütəşəkkil cinayət şəbəkəsinin yaxalanmasında tətbiq olunan taktika 6 aydır Şahinin yoldaşını yaxından izləyən mütəşəkkil cinayətlərlə mübarizə idarəsinin əməkaşlarının da işinə yarayıb.17 may günü yoldaşının evdən uşağını da götürərək getdiyi Beykozdakı sözügedən bağ evində əri Sedatla vida görüşü zamanı polis əməliyyat keçirib.Polisə müqavimət göstərməyən və çaşqınlıq içərisində olduğu deyilən Şahinin polisə ilk sözü"Necə tapdınız məni?" olub.6 saatlıq bir ev araşdırmasındansonraŞahinin gətirildiyi İstanbul Polis İdarəsindəki ilk sözünün isə "hər şey bitdi" olduğu ortaya çıxıb.

Evdə silahlar, 3 saxtaxarici pasport və 3 şəxsiyyət vəsiqəsiələ keçirilib. Hamısının üzərində Sedat Şahinin fotoları olan müxtəlif adlar müəyyən edilərək götürülüb./milli.az


Xəbər lenti